İspaniya çempionatında 3-cü turun oyunları keçirilib.
Çempionatın dominantlarından sayılan “Real Madrid” səfərdə “Espaniyol”un qonağı olub. Oyuna gözlənildiyi kimi qonaqlar hücumlarla başlayıb və 12-ci dəqiqədə istəklərinə çatıblar. Vinisius Junior ötürməni qolla tamamlayıb. Lakin ilk hissənin sonlarına yaxın meydan sahibləri Luis Xoselunun qolu ilə bərabərliyi təmin ediblər. 66-cı dəqiqədə Toni Kross fərlənsə də hakim qolu qeydə almayıb. Buna baxmayaraq ruhdan düşməyən kral klubu 88-ci dəqiqədə hesabda irəli keçib. Kərim Benzema Rodriqonun ötürməsini qolla tamamlayıb. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə “Espanyol”un qapıçısı Benjamin Lekont qırmızı alaraq komandasını azlıqda qoyub. Cərimə zərbəsini isə Kərmin Benzema dəqiq yerinə yeriməklə özünün ikinci, komandasının isə 3-cü topunu rəqib qapısından keçirib. Bu oyunda vurulan sonuncu qol olub: “Espanyol” – “Real Madrid” 1:3. Turnir cədvəlində iki hakimiyyətlik höküm sürür. Hərəyə 9 xal toplayan “Real Madrid” və “Betis” kollektivləri 1-ci və 2-ci yerləri bölüşdürürlər.